"RabitəBank" ilin yarısını mənfəətlə başa vurub

"RabitəBank" ilin yarısını mənfəətlə başa vurub
# 26 iyul 2017 11:31 (UTC +04:00)

"RabitəBank" ASC 2017-ci ilin ilk yarısını 421 min manat məbləğində mənfəətlə başa vurub.

"APA-Economics" bankın açıqladığı hesabata istinadən xəbər verir ki, ötən ilin analoji dövrünü kredit təşkilatı 14,182 mln. manatlıq zərərlə yekunlaşdırıb.

Hesabat dövründə bankın aktivləri 50,63% artaraq 667,857 mln. manata enib. Bankın kredit portfeli isə 19,19% artaraq 192,589 mln. manat təşkil edib.

Bankın depozit portfeli 55,73% artaraq 468,475 mln. manata, müddətli depozitlərin həcmi isə 6,38% azalaraq 197,189 mln. manata çatıb. Hesabat dövrünün sonuna bankın öhdəlikləri 45,49% artaraq 581,778 mln. manat təşkil edib.

"RabitəBank"ın nizamnamə kapitalı 82,47% artaraq 88,5 mln. manat çatıb. Hesabatdan məlum olur ki, bankın məcmu kapitalı 1,8 dəfə artaraq 105,697 mln. manata çatıb və tənzimləyicinin kapitala dair minimal tələbindən (50 mln. manat) 55,697 mln. manat çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR