"Bank Avrasiya"nın mənfəəti 11 mln. manata çatıb

"Bank Avrasiya"nın mənfəəti 11 mln. manata çatıb
# 24 oktyabr 2017 08:44 (UTC +04:00)

"Bank Avrasiya" ASC-nin aktivlərinin həcmi 2017-ci ilin III rübündə 153,356 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,99% çoxdur.


"APA-Economics" xəbər verir ki, cari ilin oktyabrın 1-nə bankın kredit portfeli 4,28% artaraq 86,781 mln. manat olub.

Bankın öhdəliklər isə 15,30% artaraq 89 mln. 469,7 min manata, depozit portfeli isə 6,91% azalaraq 29,464 mln. manat təşkil edib.

Hesabat dövründə bankın məcmu kapitalı 8,86% artaraq 63 mln. 281,6 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 50 mln. manat səviyyəsində qalıb.

"Bank Avrasiya" III rübü 10 mln. 989,8 min manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR