Təhsil naziri Yardımlıda vətəndaşları qəbul edib

Təhsil naziri Yardımlıda vətəndaşları qəbul edib
# 17 aprel 2017 17:03 (UTC +04:00)

Aprelin 17-də təhsil naziri Mikayıl Cabbarov Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərini qəbul edib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, gənc müəllimlər üçün həvəsləndirmə tədbirlərinin tətbiqi, təhsil haqqından azad olunma, müəllim əməyinin qiymətləndirilməsi və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Qəbulda vətəndaşların müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR