Bank Of Baku

Milli Renovasiya Proqramı üzrə yol xəritəsi iyul ayına kimi yekunlaşacaq

Milli Renovasiya Proqramı üzrə yol xəritəsi iyul ayına kimi yekunlaşacaq
# 31 may 2024 11:36 (UTC +04:00)

Azərbaycanda Milli Renovasiya Proqramı (MRP) üzrə yol xəritəsinin hazırlanması bu ilin iyul ayına kimi başa çatdırılacaq.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Energetika Nazirliyinin Enerji Səmərəliliyi İdarəsinin rəisi Nərgiz Bağırlı "Azərbaycana Sürətli Texniki Yardım Proqramı (AZTAF)" üzrə ikinci illik hesabat yığıncağı zamanı deyib.

“Azərbaycanda Milli Yenidənqurma Proqramı üzrə yol xəritəsinin hazırlanması bu ilin iyul ayına kimi yekunlaşacaq. O cümlədən, işğaldan azad edilmiş ərazilər istisna olmaqla, ictimai binalar haqqında məlumatlar toplanıb. Tipologiya və iqlim zonalarına görə təsnif edilən bu tikililər Bakı, Gəncə, Şəki və Qax şəhərində on ictimai binada enerji auditindən keçirilib" - Nərgiz Bağırlı əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR