Bank Of Baku

ANAMA sədri Qazaxın azad olunmuş kəndlərindəki minatəmizləmə işlərindən danışıb

ANAMA sədri Qazaxın azad olunmuş kəndlərindəki minatəmizləmə işlərindən danışıb
# 31 may 2024 12:57 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Qazaxın işğaldan azad olunmuş 4 kəndindəki mina təmizləmə prosesindən danışıb.

APA xəbər verir ki, o, jurnalistlərə açıqlamasında hazırda sözügedən ərazidə minatəmizləmə prosesinin aparıldığını bildirib.

“Qazaxın işğaldan azad olunmuş kəndlərində ANAMA-nın bir qrupu, 2 minatəmizləyən maşını və Dövlət Sərhəd Xidmətinin minatəmizləyənləri işlərə cəlb olunub”, - sədr deyib.

Vüqar Süleymanov onu da əlavə edib ki, proses tapşırıqlara uyğun həyata keçirilir: “Biz tapşırıqlara uyğun işləyir, ona görə dəyərləndirmə aparır və işçi qüvvəsi, texnika, eləcə də avadanlıq cəlb edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR