İTV-nin Yayım Şurasına yeni sədr seçilib

İTV-nin Yayım Şurasına yeni sədr seçilib
# 18 aprel 2017 14:33 (UTC +04:00)

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib. Milli Televiziya və Radio Şurasından (MTRŞ) APA-ya verilən məlumata görə, iclasda təşkilati məsələyə baxılıb.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yekdil qərarına əsasən Muxtar Kazım oğlu İmanov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri seçilib.

Qeyd edək ki, M. İmanov AMEA Folklor İnstitutunun direktorudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR