Türkiyədə FETÖ ilə bağlı ilk ittiham aktı məhkəməyə göndərilib

Türkiyədə FETÖ ilə bağlı ilk ittiham aktı məhkəməyə göndərilib
# 28 noyabr 2016 14:54 (UTC +04:00)

Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyul hərbi çevriliş cəhdi ilə əlaqədar hərbçilər barədə hazırlanmış ilk ittiham aktı məhkəməyə göndərilib.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında 28 vəzifəli zabit daxil olmaqla, 62 hərbi qulluqçunun adı yer alıb. Hərbçilər Türkiyənin Konstitusiya quruluşunu, hökuməti, Böyük Millət Məclisini güc və zorakılıq tətbiq etməklə aradan qaldırmağa cəhddə ittiham edilir və ömürlük azadlıqdan mərhum edilmələri istənilir. Hərbçilərin bir qismi silahlı terror təşkilatına üzv olmaq, bir qismi isə silahlı terror təşkilatına üzv olmamaqla birlikdə terror təşkilatına bilərək yardım etməkdə günahlandırılır.

İstanbul Baş Prokurorluğu ittiham aktını 23-cü Ağır Cəza Məhkəməsinə göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR