Bakıda 6 otaqlı ev əşyaları ilə birlikdə yanıb

Bakıda 6 otaqlı ev əşyaları ilə birlikdə yanıb
# 29 noyabr 2016 02:39 (UTC +04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 174 m2 olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və evə bitişik ümumi sahəsi 16 m2 olan talvarın yanar konstruksiyaları yanıb.

Qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 00:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR