Zaqatalada çörək sexində yanğın olub

Zaqatalada çörək sexində yanğın olub
# 05 mart 2017 05:51 (UTC +04:00)

Zaqatalada çörək istehsalı sexində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 04:10 radələrində rayonun Yuxarı Tala kəndində fəaliyyət göstərən, kənd sakini Abdulla Şaban oğlu Rəcəbova məxsus, ümumi sahəsi 60 kv/m olan çörək istehsalı sexində yanğın baş verib.

Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsindən yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində çörək istehsalı sexinin tavanından 2 kv/m sahə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR