Azərbaycan və Gürcüstanın sərhədyanı rayonları əməkdaşlığı gücləndirir

Azərbaycan və Gürcüstanın sərhədyanı rayonları əməkdaşlığı gücləndirir
# 30 mart 2018 14:52 (UTC +04:00)

Tbilisidə Azərbaycan-Gürcüstan Ərazi Əməkdaşlığı Proqramına start verilib.

APA-nın yerli bürosunun məlumatına görə, Azərbaycan və Gürcüstandan 6 birgə layihə Avropa İttifaqının qrantı üzrə tenderin qalibi olub.
Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) proqram üzrə ekspert qrupunun rəhbəri Nataliya Alxazişvili bildirib ki, layihələr iki ölkə arasında əlaqələri möhkəmləndirəcək: “Bu əməkdaşlıq Azərbaycan və Gürcüstanın sərhədyanı regionlarının sosial-iqtisadi inkişafına təkan verəcək”.

Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının məsləhətçisi Fariz Qarayev layihələrə ümumilikdə 1,35 mln. avro məbləğində vəsaitin ayrıldığını diqqətə çatdırıb: “Layihələr Gürcüstanın Kvemo Kartli və Kaxeti bölgələri və Azərbaycanın Şəki-Zaqatala və Gəncə-Qazax iqtisadi rayonlarında QHT və dövlət qurumları ilə birgə həyata keçiriləcək. Kənd təsərrüfatı, turizm, gənclər, mədəniyyət və digər sahələr üzrə layihələrin icra müddəti 12 ay təşkil edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR