Ucarda maşınla vurulan 55 yaşlı kişi ölüb

Ucarda maşınla vurulan 55 yaşlı kişi ölüb
# 04 sentyabr 2017 10:26 (UTC +04:00)

Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nin yerli bürosunun xəbərinə görə, şəhərin Azərbaycan prospektində rayon sakini, 1973-ci il təvəllüdlü Xəyyam Səlim oğlu Səlimov idarə etdiyi "Mercedes" markalı minik maşını ilə yolu keçən 1962-ci il təvəllüdlü Yaşar İsrayıl oğlu İsrayılovu vurub. Ağır xəsarət alan Y. İsrayılov Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq o, xəstəxanada aldığı xəsarətdən ölüb.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR