Dövlət mülkiyyətində olan torpaqların icarəsindən daxilolmalar 34% azalıb

Dövlət mülkiyyətində olan torpaqların icarəsindən daxilolmalar 34% azalıb
# 04 iyun 2018 14:16 (UTC +04:00)

Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar üzrə 2017-cı ilin dövlət büdcəsində 8 mln. manat məbləğində müəyyən edilən tapşırıq 5 mln. 306,6 min manat və ya 66,3% icra edilib, proqnozda nəzərdə tutulan məbləğə qarşı dövlət büdcəsinə 2 mln. 693,4 min manat və ya 33,7% az vəsait daxil olub.

"APA-Economics" xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əks olunub.

Bu, 2016-cı il üzrə müvafiq icra göstəricisindən 502,9 min manat, yəni 8,7%, 2015-ci il üzrə müvafiq 62 icra göstəricisindən isə 2 mln. 185,3 min manat, yəni 29,2% azdır. Bu mənbə üzrə daxilolmalar 2015-ci və 2016-cı illərdə 6 mln. manat illik proqnozlara qarşı müvafiq olaraq 7 mln. 491,9 min manat (124,9%) və 5 mln. 809,5 min manat (96,8%) olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR