“Səsvermə çox yaxşı və qayda-qanunla davam edir”.
Bunu APA-ya prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən Bosniya və Herseqovina parlamentinin deputatı Samir Kaplan deyib.
O qeyd edib ki, indiyə kimi üç məntəqədə seçki prosesinin gedişini izləyib: “Həmin məntəqələrdə qanun pozuntuları ilə rastlaşmamışıq. Bundan sonra 10 məntəqəyə baş çəkməyi nəzərdə tuturuq. Azərbaycanda tətbiq edilən bəzi prosedurlar - girişdəki yoxlanış, veb-kameralar Bosniya və Herseqovinada yoxdur. Azərbaycandakı seçkilər daha şəffaf keçirilir”.