ABŞ və Rusiya Suriyada təhlükəsizliyə dair mexanizmi bərpa ediblər

ABŞ və Rusiya Suriyada təhlükəsizliyə dair mexanizmi bərpa ediblər
# 14 aprel 2017 03:50 (UTC +04:00)

ABŞ və Rusiya Suriyada hərbçilər arasında münaqişələrin qarşısının alınması mexanizmini bərpa ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirib.

“Onun nə dərəcədə dəyişdiyini deyə bilmərəm, lakin, mənim bildiyimə görə, o qüvvədədir”, - deyə məmur bildirib.

Jurnalistlərdən biri Rusiyanın bir müddət əvvəl qeyd olunan mexanizmi dayandırdığını Mark Tonerə xatırladıb. “O artıq bərpa olunub”, - deyə Toner cavabında bildirib.

Qeyd edək ki, ABŞ-ın aprelin 7-də Suriya aviabazasına raket zərbəsi endirməsindən sonra Moskva Vaşinqtonla imzaladığı təhlükəsizlik memorandumunu dayandırmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR