DGK: Gömrük nəzarətinin operativliyi üçün müvafiq qurumlarla onlayn şəkildə rabitə vasitələri yaradılıb

DGK: Gömrük nəzarətinin operativliyi üçün müvafiq qurumlarla onlayn şəkildə rabitə vasitələri yaradılıb
# 18 may 2018 10:16 (UTC +04:00)

"Azərbaycanda beynəlxalq təcrübəyə uyğun olaraq baytarlıq, fitosanitar, sanitar nəzarəti üzrə sərhəd komponenti Dövlət Gömrük Komitəsinə həvalə edilib".

"APA-Economics" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 1-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında çıxışı zamanı bildirib.

"Bu da öz növbəsində gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən qida məhsullarının gömrük orqanları tərəfindən "bir pəncərə" prinsipi əsasında baytarlıq, fitosanitar nəzarətinin həyata keçirilməsi zamanı süni maneələrin aradan qaldırılmasına xidmət edəcək. Eyni zamanda, prosesin idxal - ixrac əməliyyatları zamanı müasir tələblərə uyğun aparılmasına, gömrük nəzarət əməliyyatlarının operativliyini təmin olunmasına və dövlət sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılmasına münbit şərait yaradır. Bu istiqamətdə Dövlət Gömrük Komitəsi müvafiq qurumlarla onlayn şəkildə rabitə vasitələri yaradıb və birgə server, birgə idarəetmə vasitəsilə qarşılıqlı məlumatların ötürülməsini təmin etməkdədir",- deyə S. Mehdiyev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR