Ötən ay Azərbaycanda nağdsız ödənişlərin həcmi 6.1 mlrd. manata yüksəlib

Ötən ay Azərbaycanda nağdsız ödənişlərin həcmi 6.1 mlrd. manata yüksəlib
# 22 may 2024 14:57 (UTC +04:00)

2024-cü ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 92% artaraq 6,147 mln. manat təşkil edib.

Bu barədə "APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, həyata keçirilən nağdsız ödənişlərin 5,149 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 990 mln. manatı POS-terminallar, 8 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62%-ni təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR