“Petlim” limanının rəsmən istifadəyə veriləcəyi vaxt məlum olub

“Petlim” limanının rəsmən istifadəyə veriləcəyi vaxt məlum olub
# 31 avqust 2015 12:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim Holding” tərəfindən qurulan “Petlim Limancilik Ticaret A.S.” şirkəti 2016-cı ilin yanvar ayından etibarən “Petlim” limanında iri konteyner gəmilərini qəbul edə biləcək.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan jurnalistlərinə İzmirə səfəri zamanı “Petlim Limancilik Ticaret A.S.” şirkətinin rəsmiləri bildiriblər.

Məlumata görə, bu liman böyüklüyünə görə Türkiyənin üçüncü, Ege dənizin isə birinci iri limanı olacaq.

Belə ki, limanın rəsmi açılışı Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə 2016-cı ilin yanvarında baş tutacaq: “Bu liman 11 min konteyner həcmində yükü daşımaq imkanına malik gəmiləri qəbul etmək imkanındadır. Həmçinin, liman eyni anda 3 gəmini qəbul edə bilər”.

Qeyd edək ki, 46 hektar logistik ərazidə yerləşən limanın başlanğıc tutumu 1,5 mln. TEU olacaq. Gələcəkdə bu tutumu 4 mln. TEU-ya qədər artırmaq mümkün olacaq. Limanın sahil boyu uzunluğu 700 metr, dərinliyi isə 16 metr təşkil edir.

Xatırladaq ki, limanın tikintisinə ümumilikdə 400 mln. dollar vəsait yatırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR