Sumqayıtda ana azyaşlı uşaqlarının gözü qarşısında dəhşətli işgəncələrə məruz qalıb - VİDEO

Sumqayıtda ana azyaşlı uşaqlarının gözü qarşısında dəhşətli işgəncələrə məruz qalıb - <span style="color: red;">VİDEO
# 04 dekabr 2014 09:32 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda dəhşətli işgəncə faktı qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə Sumqayıt şəhərində baş verib.

Salyan rayonunda anadan olan, hazırda Sumqayıt şəhərində yaşayan, 1982-ci il təvəllüdlü İsrafil Samid oğlu Ələkbərov keçmiş həyat yoldaşı Aynur Qadir qızı Həsənovanı döyüb. Daha sonra İ. Ələkbərov A. Həsənovanın əl-ayağını və ağzını yapışqanla bağlayaraq qaynar suyu onun başına, boynuna və bədəninin müxtəlif nahiyələrinə tökərək keçmiş həyat yoldaşına ağlasığmaz işgəncələr verib. Bütün bu hadisələr onların azyaşlı uşaqlarının gözü qarşısında baş verib.

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya bildirilib ki, bu barədə polisə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb və həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən İ. Ələkbərov tutulub.

Polisdən həmçinin bildirilib ki, adıçəkilən şəxslər bir müddət əvvəl boşanıblar. İ. Ələkbərov əvvəllər məhkumluq həyatı yaşayıb.

Hazırda baş vermiş hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR