Bakı Fond Birjasının dövriyyəsi azalıb

Bakı Fond Birjasının dövriyyəsi azalıb
# 12 noyabr 2014 07:38 (UTC +04:00)

Bakı - APA-Economics. Bu ilin 10 ayı ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 11% azalaraq 7 mlrd. 543 mln. 125 min 729,47 manat təşkil edib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, korporativ qiymətli kağızların həcmi 3 mlrd. 460 mln. 800 min 999,78 manat və ya qiymətli kağızlar bazarının 45,88%-ni təşkil edib.

Ötən ay ərzində dövlət qiymətli kağızlar bazarının həcmi isə 4 mlrd. 82 mln. 324 min 729,69 manat və ya ümumi bazarın 54,12%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR