Bakıda iki nəfər yanaraq ölüb

Bakıda iki nəfər yanaraq ölüb
# 17 noyabr 2014 10:41 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda iki nəfər bədbəxt hadisə nəticəsində ölüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 15-də Səbail rayon sakini Nazilə Yedizarova evindən termiki yanıq (isti su) xəsarəti ilə xəstəxanaya gətirilib və noyabrın 16-da orda dünyasını dəyişib.

Bundan başqa, noyabrın 12-də yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən Bakı şəhər sakini Əziz Kərimov noyabrın 16-da orada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR