Mir Cəlalın əsərləri Ukraynada kitab şəklində nəşr olunub

Mir Cəlalın əsərləri Ukraynada kitab şəklində nəşr olunub
# 13 noyabr 2014 10:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycanın görkəmli yazıçısı, ədəbiyyatşünas, professor Mir Cəlalın əsərləri Ukrayna dilində “Yakiy obrati şlyax?” (“Yolumuz hayanadır?”) adlı kitab şəklində nəşr edilib. Azərbaycan Milli Elmlər Akademiyasından APA-ya verilən xəbərə görə, ktaba Mir Cəlalın “Yolumuz hayanadır?” romanı, “Bir gəncin manifesti” povestindən bir parça, “Salam, ana!”, “Sizə xoşbəxtlik arzu edirəm!” və başqa hekayələri, “Yetim”, “Əllər”, “Allah bilir” və s. lirik miniatürlər daxil edilib. Kitabda müəllifin tərcümeyi-halı da yer alıb.

Azərbaycanın Kiyevdəki səfirliyinin təşəbbüsü ilə çap olunmuş kitabın tərtibçisi və redaktoru Azərbaycanın Ukraynadakı səfiri, dosent Eynulla Mədətlidir. Əsərləri Ukrayna dilinə İnna Sosnovçik tərcümə edib. Nəşrə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəylinin yazdığı “Böyük ədəbiyyata gedən yol” sərlövhəli ön sözdə deyilir: “Görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayev öz böyük istedadı və daimi yaradıcılıq axtarışları sayəsində milli nəsrin inkişafında yeni imkanlar kəşf edə bilib”.

Yaxın günlərdə Kiyevdə kitabın təqdimatı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR