“FINCA Azərbaycan” banka transformasiya olunmaqla bağlı strategiyasını açıqlayıb

“FINCA Azərbaycan” banka transformasiya olunmaqla bağlı strategiyasını açıqlayıb
# 26 noyabr 2014 13:56 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Finca-Azərbaycan” bank olmayan kredit təşkilatı (BOKT) bank kimi fəaliyyət göstərmək niyyətindədir.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında BOKT-un baş icraçı meneceri Timoti Tarrant deyib.

T. Tarrant bildirib ki, BOKT-un banka transformasiya olunması ilə bağlı imkanlar araşdırılıb: “Ola bilsin ki, bizə uyğun strategiyanı qura bilməmişik, amma bazarın imkanlarını tədqiq etməkdə davam edirik. İmkanlar dedikdə birləşmə və ya satınalma nəzərdə tutulur. Ümumiyyətlə banka çevrilmək üçün hərtərəfli imkanlar tətbiq olunur, bu il biz bu istiqamətdə müəyyən cəhdlər etdik. Mətbuatda oxuduğum məlumata görə, Mərkəzi Bank bankların birləşməsinə çalışır və digər bankların hansı ki, məcmu kapitalın tələbinə riayət etməyən bankları birləşdirməyə sövq edir. Mən Mərkəzi Bankın adından danışa bilmərəm, amma şəxsən demək istəyirik ki, bank kimi fəaliyyət göstərmək üçün bütün imkanları tətbiq edirik. Banka çevrilməklə bağlı imkanları nəzərdən keçirməyə davam edəcəyik”.

T. Tarrant bildirib ki, “Finca Azərbaycan” konsolidasiya ilə bağlı təklifləri də nəzərdən keçirməyə və dəyərləndirməyə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR