Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb - VİDEO

 Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb - <span style="color: red;">VİDEO
# 08 oktyabr 2014 09:56 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, səhər bəzi yerlərdə zəif çiskin olacaq, axşama doğru yağış yağacaq. Cənub-şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 12-14, gündüz 16-21 dərəcə isti olacaq.

Sabah Azərbaycanın bölgələrində arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 15-20 dərəcə, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR