“Amrahbank”ın Şəmkir filialı fəaliyyətə başlayıb

“Amrahbank”ın Şəmkir filialı fəaliyyətə başlayıb
# 22 avqust 2014 09:05 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Amrahbank”ın Şəmkir rayonunda yeni filialı fəaliyyətə başlayıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, yeni filial Şəmkir şəhəri, 20 Yanvar küçəsi 13A ünvanında yerləşir.

Müasir texnoloji avadanlıqlarla təmin edilən filialın işçi heyəti müştərilərinə yüksək səviyyədə xidmət göstərməyə hazırdır.

Filialda həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən kreditlərin verilməsi, cari və əmanət hesablarının açılması, sürətli pul köçürmələri, “Visa”, “MasterCard” tipli beynəlxalq plastik kartlarla əməliyyatlar, valyuta mübadiləsi, hesablaşma-kassa əməliyyatları və s. xidmətlər göstəriləcək.

Bankın İdarə Heyətinin sədri vəzifəsini icra edən Emil Həsənov bildirib ki, filialın açılması bankın xidmət şəbəkəsinin planlı restrukturizasiya və dislokasiya işlərinin davamıdır: “Biz ümid edirik ki, Şəmkir filialımızda da həm yerli sakinlər və həm də sahibkarlar daha rahat olacaqlar, müştərilərimiz onlara göstərilən xidmətlərdən məmnun qalacaqlar”.

Qeyd edək ki, 1993-cü ildə təsis edilmiş “Amrahbank” Azərbaycanın ilk və aparıcı banklarından biridir. “Amrahbank” həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.

Hal-hazırda bankın 22 filialı və 1 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı, respublikanın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR