Çaylardakı mövcud vəziyyət açıqlanıb

Çaylardakı mövcud vəziyyət açıqlanıb
# 14 noyabr 2014 12:26 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-150, Kiçik Qafqazın çaylarında 80-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-40 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 158 m3/s olmaqla ongünlük normanın 90 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 50 m3/s olmaqla, ongünlük normanın 59 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda və Salyanda 2, Bankədə 7, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR