Özünü redaktor kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb - VİDEO

Özünü redaktor kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb - <span style="color: red;">VİDEO
# 20 noyabr 2014 11:35 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Ürkməzli kənd sakinləri Pərvin Məmmədov və Nurlan Quliyevə özünü televiziya kanalının redaktoru kimi təqdim edən 33 yaşlı Sumqayıt şəhər sakini İlqar Hacıbalayev tərəfindən aldadılıb.

İlqar Hacıbalayev onların hər birindən işə düzəltmək adı ilə 3 min manat alaraq aradan çıxıb.

Ürkməzli kənd sakinləri işin düzəlmədiyini gördükdə Qazax Rayon Polis Şöbəsinə müraciət ediblər. Aparılan əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş İlqar Hacıbalayev Bakının Xətai rayonu ərazisində tutulub.

Kənd sakinlərini aldatmaqla yanaşı, İ. Hacıbalayevin Qazax rayon sakini Tural Hüseynov və Ürkməzli kənd sakini Qulu Musayevlə birgə Ağköynək, Xanlıqlar və Ürkməzli kəndlərində xırdabuynuzlu heyvanları oğurladıqları da məlum olub. Onların Göyçay, Hacıqabul, Salyan rayonlarında bir sıra quldurluq hadisələri törətdiyi də bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR