Ağdamda iki avtomobil toqquşub, 1 nəfər xəsarət alıb

Ağdamda iki avtomobil toqquşub, 1 nəfər xəsarət alıb
# 01 noyabr 2014 01:44 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağdam rayonu, Quzanlı qəsəbəsində 2 minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Xilasedicilər deformasiyaya uğramış “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış yaralını avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:32-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR