Son günlər Azərbaycan ərazisindəki sürüşmə sahələrində aktivləşmə müşahidə olunub

Son günlər Azərbaycan ərazisindəki sürüşmə sahələrində aktivləşmə müşahidə olunub
# 04 dekabr 2014 09:42 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərinin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

S. Əmiraslanov qeyd edib ki, sürüşmə prosesləri ən çox dağlıq razilərdən keçən yollarda baş verir: “Həmişə olduğu kimi, yenə də Lənkəran-Lerik yolunun 17-19-cu km-də, Ağsu aşırımı ərazində və Quba-Xınalıq yolunda lokal sürüşmə, uçqun proseslərinə rast gəlinir. Həmin ərazilərdə sürüşmə və uçqun sahələrində nisbi aktivləşmə müşahidə olunur. Ümumiyyətlə, Quba-Xınalıq yolunda uçqun prosesi mütəmadi olaraq baş verir. Bu ərazidə həm sürüşmə, həm də uçqun tipli proseslərin baş verməsi üçün şərait var”.

S. Əmiraslanov onu da əlavə edib ki, sürüşmə sahələri ilə bağlı monitorinqlər davam etdirilir, sonuncu monitorinq hələlik tam başa çatmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR