Qaradağ rayonunun içməli su təchizatı məhdudlaşdırılır

Qaradağ rayonunun içməli su təchizatı məhdudlaşdırılır
# 05 dekabr 2014 06:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakının bir rayonunda içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Kür - Bakı magistral su xəttinin Qaradağ rayonu ərazisindən keçən hissəsində təmir işlərinin aparılması ilə əlaqədar dekabrın 5-də gün ərzində Qaradağ rayonunun bəzi qəsəbələrinə və sənaye müəssisələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR