Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini Ramazan ayı ilə əlaqədar Gəncədə səfərdə olub - FOTOSESSİYA

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini Ramazan ayı ilə əlaqədar Gəncədə səfərdə olub - <span style="color: red;">FOTOSESSİYA
# 28 iyul 2014 08:02 (UTC +04:00)

Bakı – APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin I müavini Səyyad Salahlı Ramazan ayı ilə əlaqədar Gəncə şəhərində səfərdə olub.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Salahlı qərb regionundan olan dindarlarla görüşərək onlara Komitə adından dini kitablar təqdim edib.

Daha sonra S. Salahlı DQİDK tərəfindən təşkil olunan iftar süfrəsində Gəncə şəhər İcra Hakimiyyətinin birinci müavini Mikayıl Zeynalov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, ağsaqqallar və ziyalılarla görüşüb.

İftar süfrəsinə həmçinin Gəncə şəhəri və ətraf rayonların dini icmaların sədrləri, din xadimləri, dindarlar, şəhid ailələri, müharibə veteranları qatılıblar. İftar süfrəsində Qurani-Kərimdən ayələr oxunub, dualar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR