Sergey Lavrov: "Moskva Rusiya qoşunlarının Ukrayna sərhədini keçməsi ilə bağlı məlumatları informasiya müharibəsinin təzahürü kimi qiymətləndirir"

Sergey Lavrov: "Moskva Rusiya qoşunlarının Ukrayna sərhədini keçməsi ilə bağlı məlumatları informasiya müharibəsinin təzahürü kimi qiymətləndirir"
# 26 avqust 2014 10:56 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Moskva Qərb KİV-nin Rusiya qoşunlarının Ukrayna sərhədini keçməsi ilə bağlı məlumatlarını informasiya müharibəsinin təzahürü kimi qiymətləndirir”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın xaric işlər naziri Sergey Lavrov «Russia Beyond the Headlines» nəşrinə müsahibəsində bildirib.

O, təəssüflə qeyd edib ki, KİV açıq-aşkar yalan və şayiələr yaymaqda davam edir: “Buna misal olaraq Kiyevin son bəyanatı kimi guya Rusiyadan Ukraynaya daxil olan zirehli hərbi texnikanın məhv edilməsi barədə məlumatı göstərmək olar. Bununla yanaşı, iki britaniyalı jurnalistin bu hadisənin şahidi olduqlarını da yazmışdılar. Lakin bu məlumatların doğru olmasını sübut edən heç bir dəlil yox idi. Hətta ABŞ Dövlət Departamenti də bu hadisə haqqında məlumatı təsdiq edə bilmədi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR