Qusarda 3 otaqlı ev yanıb

Qusarda 3 otaqlı ev yanıb
# 11 sentyabr 2014 18:47 (UTC +04:00)

Bakı-APA. Qusarda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə, evin 1 otağının yanar konstruksiyaları və əşyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR