Azərbaycan vətəndaşlarının hərbi xidmətə çağırılması və hərbi qulluqçuların ehtiyata buraxılması haqqında sərəncam imzalanıb

Azərbaycan vətəndaşlarının hərbi xidmətə çağırılması və hərbi qulluqçuların ehtiyata buraxılması haqqında sərəncam imzalanıb
# 10 sentyabr 2014 16:34 (UTC +04:00)

APA-nın xəbərinə görə, sərəncamda qeyd olunub ki, 1996-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1979-1995-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2014-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular isə 2014-cü il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılmalıdırlar.

Nazirlər Kabinetinə sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR