Gürcüstan prezidenti ölkəsini xaricdə təmsil etmək üçün sərbəstlik tələb edir

Gürcüstan prezidenti ölkəsini xaricdə təmsil etmək üçün sərbəstlik tələb edir
# 17 sentyabr 2014 11:26 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Gürcüstan prezidenti Georgi Marqvelaşvili hökumətlə razılaşmadan xarici siyasət apara bilməyəcəyini anladığını bildirib, lakin ölkəsini xaricdə təmsil etmək üçün sərbəstlik tələb edib. APA-nın “Qruziya online” saytına istinadən verdiyi məlumata görə, bu barədə parlament çoxluğunun üzvü, deputat Zaxariya Kutsnaşvili “Rezonansi” qəzetinə müsahibəsində deyib.

Prezidentlə görüşdüyünü söyləyən Z. Kutsnaşvili qeyd edib ki, görüş zamanı son günlər hökumətlə prezident arasındakı narazılıqlar müzakirə olunub: “Marqvelaşvili özünü hökumətin rəqibi hesab edirmi? Əsas məsələ bu idi. Prezident bildirdi ki, müxalifətə keçmək və ya gələcəkdə partiya yaratmağı düşünmür. O dedi ki, belə hal ölkəyə ziyan verə bilər və şəxsən ictimaiyyət üçün açıqlama ilə çıxış edəcək. Nə indi, nə də gələcəkdə prezident özünü hökumətə rəqib kimi görmür. Mən prezidentə izah elədim ki, yeni səfirlərin təyinatı və akkreditasiyanın verilməsi hökumətin razılığı ilə olmalıdır. Prezident qeyd etdi ki, bütün bunları başa düşür, amma ölkəsini xaricdə təmsil etmək azadlığı tələb edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR