Azərbaycanda mərkəzlərə məcburi yerləşdirilən əcnəbi və vətəndaşlığı olmayanlar pulsuz yemək və tibbi-sanitariya xidmətləri ilə təmin olunacaq

Azərbaycanda mərkəzlərə məcburi yerləşdirilən əcnəbi və vətəndaşlığı olmayanlar pulsuz yemək və tibbi-sanitariya xidmətləri ilə təmin olunacaq
# 20 noyabr 2014 09:55 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, Miqrasiya Məcəlləsinə təklif edilən yeni 13-cü fəslin 87.1-ci maddəsində nəzərdə tutulur.

Yeni fəslin qeyd olunan maddəyə görə, mərkəzlərdə yerləşdirilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər pulsuz yemək, maddi-məişət və tibbi-sanitariya xidmətləri ilə təmin olunacaqlar. Bundan başqa, onlara mərkəzin kitabxanasından istifadə etmək, ədəbiyyat, qəzet və ya jurnal götürmək, dini ayinləri yerinə yetirmək, dini ləvazimatdan və ədəbiyyatdan istifadə etmək imkanları yaradılır. Bundan başqa onlara pulsuz psixoloji yardımlar da ediləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR