Azərbaycanın ən iri banklarından biri nizamnamə kapitalını artırır

Azərbaycanın ən iri banklarından biri nizamnamə kapitalını artırır
# 22 avqust 2014 13:35 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Expressbank” ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 328,9 manat, sayı 372 282 ədəd, emissiyanın ümumi həcmi isə 122 mln. 443 min 550 manat təşkil edir.


Emissiya şirkətin hər birinin nominal dəyəri 301,7 manat olan 372 282 ədəd (ümumi həcmi 112 mln. 317 min 479 manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək.

Konvertasiya nəticəsində şirkətin nizamnamə kapitalı 9% artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR