Bu gündən orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başlayıb

Bu gündən orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başlayıb
# 08 avqust 2014 07:38 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gündən tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, ixtisas seçimi avqustun 13-dək davam edəcək.

İxtisas seçimində ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak etmiş və topladığı ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilər. 2014/2015-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında (XI sinif) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, onun nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri və digər zəruri məlumatlar "Abituriyent" jurnalının 5-ci sayında dərc olunub.

TQDK ixtisas seçimində iştirak edəcək abituriyentlərə kömək məqsədilə “Abituriyent” jurnalının xüsusi buraxılışında tam orta təhsil (XI sinif) bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına 2013-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid ballarını dərc edərək onların istifadəsinə verib.

Qeyd edək ki, ixtisas seçimi zamanı tələb olunan ödəmə kartını əldə
etmək üçün bütün mobil operatorlardan 7725 nömrəsinə boş sms göndərmək lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR