AFFA 3 klubu cəzalandırıb

AFFA 3 klubu cəzalandırıb
# 04 noyabr 2014 11:42 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasında baş tutan son iki turun matçlarında qeydə alınan xoşagəlməz hadisələr müzakirə olunub. Lakin sonda yalnız iki matçla bağlı qərarlar verilib. Nəticədə 3 klub ümumilikdə 1400 manat cərimələnib.

XI turun “Neftçi” ilə görüşündə AZAL-ın futbolçusu Luis Ramos meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Bakı” ilə matçda 4 futbolçusu sarı vərəqə alan “Qəbələ” 1000 manat ziyana düşüb. Bu qarşılaşmada qırmızı vərəqə alan Elşad Manafov bakılıları 200 manat xərcə salıb, özü isə 1 oyunluq cəzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR