ATƏT Minsk Qrupunun həmsədrləri təmas xəttində gərginliyin artmasından narahatdır

ATƏT Minsk Qrupunun həmsədrləri təmas xəttində gərginliyin artmasından narahatdır
# 02 avqust 2014 21:04 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. ATƏT-in hazırkı sədri Didyer Burqxalter və ATƏT Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andriu (Fransa) qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində çoxsaylı itkilərlə nəticələnən zorakılığın kəskin artmasından dərin narahatlığını ifadə ediblər. APA-nın məlumatına görə, bu barədə ATƏT Minsk Qrupunun bəyanatında bildirilir. ATƏT-in hazırkı sədri və ATƏT Minsk Qrupunun həmsədrləri həmçinin Ermənistan-Azərbaycan sərhədində humanitar missiyanı həyata keçirən Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilinin atəşə tutulması faktından narahatlığını ifadə edib. Onlar mülki şəxslərə və beynəlxalq təşkilatın nümayəndələrinə qəsdən hücumunu qəti pisləyiblər və tərəflərə Cenevrə Konvensiyası üzrə öhdəliklərini xatırladıblar.

Həmsədrlər Ermənistan və Azərbaycan prezidentlərini gərginliyin azaldılması üçün təcili tədbirlər görməyə və atəşkəs sazişinə hörmətlə yanaşmağa çağırıblar: “Zorakılığın davam etdirilməsi davamlı sülhün əldə olunmasını çətinləşdirəcək”, deyə həmsədrlər vurğulayıb. Onlar həmçinin Ermənistan və Azərbaycan prezidentlərini münaqişənin sülh yolu ilə həlli üzrə danışıqları bərpa etməyə çağırıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR