“Bank Avrasiya” III rübü zərərlə başa vurub

“Bank Avrasiya” III rübü zərərlə başa vurub
# 26 noyabr 2014 13:19 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Bank Avrasiya” nın aktivlərinin həcmi 2014-cü ilin III rübündə 82,686 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,65% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 31,90% artaraq 65,960 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 12,441 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin oktyabr ayının 1-nə olan göstəriciyə nisbətən 76,59% çoxdur.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin 15,174 mln. manat təşkil edir ki, bu da ötən il ilə müqayisədə 2,92 dəfə çoxdur və bu məbləğ kredit portfelinin 23%-ni təşkil edir.

Bankın depozit portfeli hesabat dövrü ərzində 258 dəfə azalaraq 17,059 mln. manata, çatıb.

Bir il ərzində bankın məcmu kapitalı 32,64% artaraq 30,251 mln. manata çatdığı halda, nizamnamə kapitalı 50,00% artaraq 30 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 23,23% artaraq 7,953 mln. manat, xərcləri isə 3,91 dəfə artaraq 8,545 mln. manata çatıb.

Cari ilin doqquz ayı ərzində bankın əldə etdiyi zərər (-592) min. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 1 filialı, 9 bankomatı, 35 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR