İranda zəlzələ nəticəsində 287 nəfər xəsarət alıb - YENİLƏNİB-2

İranda zəlzələ nəticəsində 287 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB-2
# 22 iyul 2018 21:07 (UTC +04:00)

İranın Kermanşah əyalətində 5,9 maqnitudalı zəlzələ nəticəsində xəsarət alanların sayı 287 nəfərə çatıb.

APA-nın “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə əyalətin qubernatoru Hüşənd Bəzvənd bildirib.

Onun sözlərinə görə, zəlzələ 43 kəndə ziyan vurub, 101 bina tamamilə, 800-dən çoxu isə qismən uçub. Hazırda zəlzələnin fəsadlarının aradan qaldırılması üzrə işlər davam etdirilir.

****

Bu gün İranın qərbində Kermanşah əyalətində baş verən zəlzələ nəticəsində ən azı 128 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, bu barədə "Reuters" agentliyi əyalətin qubernatoru Xuşanq Bazvanda istinadən məlumat yayıb.

Qeyd edək ki, undan əvvəl "Sinxua" agentliyi 20 nəfərin xəsarət aldığı barədə məlumat yayıb.

***

saat 16.30

Bu gün İranın qərbində 5,9 maqnitudalı zəlzələ baş verib.

APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı Kermanşah şəhərindən 76 km qərbdə, İraqın paytaxtı Bağdaddan isə 211 km şimal-qərbdə, 10 km dərilikdə yerləşib.

Zəlzələ nəticəsində Kermanşah əyalətindəki Təzəhabad yaşayış məntəqəsində 20 nəfər xəsarət alıb.

Qeyd edək ki, bu gün İranın cənubunda da 4,6 və 5,4 maqnitudalı zəlzələ olub, dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR