Əli Əkbər Salehi: “Buşəhr AES-ə “Boeing 747” təyyarəsi çırpılsa belə, heç bir zərər görməyəcək”

Əli Əkbər Salehi: “Buşəhr AES-ə “Boeing 747” təyyarəsi çırpılsa belə, heç bir zərər görməyəcək”
# 05 dekabr 2013 15:15 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Buşəhr Atom-Elektrik Stansiyası (AES) Rixter şkalası üzrə 8 bal gücündəki zəlzələyə davam gətirmək xüsusiyyətinə malikdir”. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.

Onun sözlərinə görə, Buşəhr AES yüksək dəmir-beton konstuksiyalı örtüklərlə qorunduğundan asan şəkildə zərər görə bilməz: “Hətta “Boeing 747” təyyarəsi çırpılsa belə, Buşəhr AES heç bir ziyan çəkməyəcək”.

Ə.Ə.Selehi Buşəhrdə 1000 meqavatt gücü olan 4 yeni AES-in inşa edilməsi məsələsinə də toxunub: “Rusiyanın əməkdaşlığı ilə bu obyektdə 1000 meqavatt elektrik enerjisi istehsal etmək qabiliyyətinə malik ikinci stansiya inşa ediləcək”.

Vitse-prezident həmçinin deyib ki, Buşəhr AES fəaliyyətə başladığı üç aylıq müddətdə 1200 meqavatt elektrik enerjisi istehsal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR