Bank Of Baku

«Bakı» Elektrik Stansiyası enerji istehsalını 30% artırıb

«Bakı» Elektrik Stansiyası enerji istehsalını 30% artırıb
# 15 dekabr 2008 11:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayı ərzində «Bakı» Elektrik Stansiyasında 51,5 mln. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da proqnozlaşdırıldığından 1,5 mln. kVt/saat və ya 3% çoxdur. «Azərenerji» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, noyabrda qeydə alınan göstərici ötən ilin müvafiq dövrünə nisbətən 28% çoxdur.
Elektrik enerjisinin xüsusi sərfi 750 min kVt/saat proqnoza qarşı 644 min kVt/saat olub. Nəticədə, 106 min kVt/saat elektrik enerjisinə qənaət edilib. Elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacağın xüsusi sərfi isə 13,8 min tondan artıq olub ki, bu da 200 tondan artıq şərti yanacağa qənaət etmək imkanı verib. Hazırda stansiyada qışa hazırlıqla əlaqədar nəzərdə tutulan tədbirlər üzrə son tamamlama işləri aparılır.
Qeyd edək ki, bu ilin ilk 11 ayı ərzində stansiyada 560 mln. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib və bu, nəzərdə tutulandan 45 mln. kVt/saat və ya 8,7% çoxdur. Elektrik enerjisinin xüsusi sərfi 8,5 mln. kVt/saata yaxın olub. Bu da proqnoz göstəricisindən 1,8 min kVt/saat azdır. Elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacağın xüsusi sərfi 152 min tondan artıq olub və 1 300 tona yaxın şərti yanacağa qənaət edilib.
Qeyd edək ki, «Bakı» Elektrik Stansiyasının fəaliyyəti dövründə 1 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR