“Gəncəbank”ın aktivləri 44% artıb

 “Gəncəbank”ın aktivləri 44% artıb
# 13 avqust 2013 13:36 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Gəncəbank» ASC-nin aktivlərinin həcmi 2013-cü il iyulun 1-nə 73,543 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 43,7% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 9,2% artaraq 45,118 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 0,502 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin iyulun 1-nə olan göstəriciyə nisbətən 2,5 dəfə azdır. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 4,3 dəfə azalaraq 1,172 mln. manat təşkil edib. Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 4,7 dəfə azalaraq 2,6%-ə düşüb.

Bankın depozit portfeli son bir ildə 9,0% artaraq 5,567 mln. manata çatıb. Son bir ildə bankın məcmu kapitalı 1,8 dəfə artaraq 26,281 mln. manat, o cümlədən nizamnamə kapitalı 1,8 dəfə artaraq 26,800 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 23,3% artaraq 4 339, o cümlədən fiziki şəxslərin sayı 25,6% artaraq 3 808, hüquqi şəxslərin sayı 8,8% artaraq 531 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il iyulun 1-nə 723-ə bərabər olub ki, bu da illik müqayisədə 8,1% çoxdur.


Hazırda bankın ölkə üzrə 3 filialı, 6 bankomatı, 21 POS-terminalı fəaliyyət göstərir. Bankın 76 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR