Didye Burkhalter ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını alqışlayıb

Didye Burkhalter ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını alqışlayıb
# 12 may 2014 15:38 (UTC +04:00)

APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, D.Burkhalter münaqişənin nizamlanması üçün göstərdikləri səylərə görə həmsədrlərə, habelə Anjey Kaspşikə öz minnətdarlığını bildirib.

ATƏT-in fəaliyyətdə olan sədri xatırladıb ki, 1994-cü ildə imzalanan atəşkəs sazişi fəsadları Cənubi Qafqazda yaşayan insanların gündəlik həyatına təsir edən müharibəyə son qoyub.

“Təmas xəttində mütamadi zorakılıq halları olur. Münaqişənin həlli isə hələlik tapılmayıb”, - deyə o vurğulayıb.

D.Burkhalter həmsədrlərin Ermənistan və Azərbaycan vətəndaşlarına sülhə doğru lazımi addımların atılmasının vacibliyi ilə bağlı müraciətinə qoşulduğunu da bildirib. O qeyd edib ki, İsveçrə ATƏT-in sədri olaraq Minsk qrupuna vasitəçilik missiyasında dam dəstək verir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR