Pentaqon: «Rusiyanın Snoudenə sığınacaq verməsi ikitərəfli münasibətlərə təsir edəcək»

Pentaqon: «Rusiyanın Snoudenə sığınacaq verməsi ikitərəfli münasibətlərə təsir edəcək»
# 18 iyul 2013 17:47 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Edvard Snoudenə sığınacaq verməsi ikitərəfli münasibətlərin bütün sahələrinə təsirini göstərəcək. APA-nın məlumatına görə, ABŞ Silahlı qüvvələri qərargah rəislərinin birləşmiş komitəsinin sədri Martin Dempsi belə bir bəyanatla çıxış edib.

«Mənim fikrimcə, münasibətlərimizin bütün sahələrində, hərbi, iqtisadi sferalarda nəticələr olacaq», deyə Dempsi bildirib.

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden ABŞ tərəfindən kəşfiyyat sirlərini yaymaqda günahlandırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR