Azərbaycanla AB arasında vahid aviasiya məkanı haqqında sazişə dair danışıqların ikinci raundu Brüsseldə keçiriləcək

Azərbaycanla AB arasında vahid aviasiya məkanı haqqında sazişə dair danışıqların ikinci raundu Brüsseldə keçiriləcək
# 28 yanvar 2013 15:01 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycanla AB arasında vahid aviasiya məkanı haqqında sazişin imzalanmasına dair danışıqların ilk raundunda Avropa Birliyinin aviasiya qaydalarının Azərbaycanda mərhələli şəkildə reallaşması müzakirə olunub. Yanvarın 24-25-də Bakıda keçirilən danışıqları APA-ya şərh edən Roland Kobia bildirib ki, müzakirələrdə tərəflər sazişini ümumi strukturunu razılaşdırıb və danışıqların ikinci raundunun iyunun ortalarında Brüsseldə keçirilməsinə qərar veriblər.

Səfir qeyd edib ki, bu saziş aviasiya xidmətlərinin vahid məkanını yaratmağa imkan verəcək ki, bud a həm Azərbaycana, həm də AB-yə iqtisadi mənfəət və əlavə iş yerləri vermiş olacaq: “Vahid aviasiya məkanının yaradılması sərnişinlərin rahatlığına xidmət edir, bu, uçuşların, birbaşa reyslərin sayını artırmağa, uçuş vaxtını azaltmağa imkan verəcək. Ən vacibi odur ki, bunun nəticəsində aviabiletlərin qiymətində azalma gözlənilir”.

Səfir saziş imzalandıqdan sonra Azərbaycanla AB arasında sərnişin daşımasının həcminin təxminən 860 min nəfər artacağının proqnozlaşdırıldığını deyib: “Bu isə öz növbəsində ticarət və turizm əlaqələrinin inkişafına təsir göstərmiş olacaq. Hələlik danışıqların nə vaxt başa çatacağını söyləmək çətindir. Brüsseldə danışıqların ikinci raundundan sonra biz ilin ikinci yarısında vönbəti raund keçirməyi planlaşdırırıq və ümid edirik ki, danışıqları yekunlaşdıra biləcəyik. Moldova ilə danışıqlar cəmi 6 ay çəkdi, Gürcüstanla isə bu işə bir il vaxt sərf olundu. Yəni, siyasi iradə olsa, danışıqları çox tez yekunlaşdırmaq olar. Hər şey Azərbaycanda asılıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR