Gəncə şəhər sakini narkotik vasitə ilə tutulub

Gəncə şəhər sakini narkotik vasitə ilə tutulub
# 01 avqust 2013 15:59 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhər sakininin üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb. Nizami rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, polis əməkdaşları özünü şübhəli aparan, şəhər sakini Tofiq Mövsümovu saxlayıblar. Onun üzərinə baxış keçirən zaman köynəyinin cibindən narkotik vasitə olan, 13 qram qurudulmuş marixuana aşkarlanıb. T. Mövsümovun evindən isə 2,5 kiloqram marixuana götürülüb. Faktla bağlı Gəncə şəhər Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR