Azərbaycanda baş verən helikopter qəzasında həlak olanların ailə üzvləri hadisə yerinə gəliblər

Azərbaycanda baş verən helikopter qəzasında həlak olanların ailə üzvləri hadisə yerinə gəliblər
# 11 fevral 2013 11:31 (UTC +04:00)

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, onlar hərbçilərin meyitlərinin çıxarılmasını gözləyirlər. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidməti axtarışları davam etdirir.

Qeyd edək ki, bu gün saat 10.30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək “Şıxov” çimərliyi istiqamətində qəzaya uğrayıb. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri - kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar.

Rüstəm Rüstəmovun meyiti dənizdən çıxarılıb, digərlərinin tapılması istiqamətində isə axtarışlar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR