“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib
# 22 oktyabr 2013 09:57 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, layihə barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Dəyişikliyə əsasən şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə ödənilən dövlət rüsumunun 20 faizi müvafiq icra hakimiyyəti orqanının pasport və qeydiyyat qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının ("ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə xüsusi hesaba köçürüləcək.

Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR